XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

15 Fevral 2016 - 16:53

Ermənilər atəşkəsi pozdu:məktəbli yaralandı

rrrrErməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində azərbaycanlı məktəbli yaralanıb.  

Hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Ağdam rayonunun Çıraqlı kənd sakini, 1999-cu il təvəllüdlü, 11-ci sinif şagirdi Məmmədov Çoşqun Ələddin oğlu qolundan və ayağından iki güllə yarası alıb.

Yaralı məktəbli Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

APA