XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

15 Fevral 2016 - 17:02

Medvedev:"Qərarı Əsəd yox, Putin verəcək"

putin«Rusiyanın Suriyada əbədi olaraq qalmaq fikri yoxdur. Amma bunun vaxtını və miqyasını Bəşər Əsəd yox, Vladimir Putin müəyyən edəcək».

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu «Time» jurnalına müsahibəsində Rusiya baş naziri Dmitri Medvedev deyib.

Baş nazir bildirib ki, Suriyadakı əməliyyatlarının gedişinə də Putin qərar verəcək: «Suriyada əbədi qalmaq kimi bir planımız yoxdur. Biz orada konkret və məhdud vəzifəni yerinə yetiririk. Rusiya ora öz milli maraqlarını qorumaq, həmçinin Əsədin istəyi ilə gedib. Ona görə də, Suriyadakı əməliyyatların gedişatını Əsəd yox, Rusiya hökuməti müəyyən edəcək». 
 

Medvedev bildirib ki, danışıqların Suriyanın taleyini həll etməsi istisna deyil: «Əgər prezident Əsəd ya bizim, ya da amerikalıların yardımı ilə danışıqlar masasına otursa, həmin an hər şey yekunlaşmış olacaq».