XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

26 Aprel 2015 - 04:14

Qazaxıstan özünə yeni prezident seçir

Qazaxıstanda yerli vaxtla saat 07:00-da prezident seçkilərində səsvermə başlayıb. Səsvermə saat 20:00-dək davam edəcək.

Strateq.az trend-ə istinadən məlumat verir ki, seçkilərdə Qazaxıstan prezidenti vəzifəsi uğrunda namizdədliyi hakim “Nur Otan” partiyası tərəfindən irəli sürülən indiki dövlət başçısı Nursultan Nazarbayev, namizədliyi öz partiyası tərəfindən irəli sürülən Qazaxıstan Xalq Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Turqun Sızdıkov və namizədliyini özü irəli sürmüş Qazaxıstan Həmkarlar Federasiyasının rəhbəri Abelqazi Kusainov mübarizə aparacaqlar.

Qazaxıstanda 17,4 milyondan çox insan yaşayır. Onların yarısından çoxunun səs vermək hüququ var. Növbədənkənar Qazaxıstan prezidenti seçkiləri üçün hazırlanmış seçki bülletenlərinin sayı 9,6 milyon ədəddən artıqdır.

Seçkilərə hazırlığın və keçirilməsinin monitorinqi ilə 858 beynəlxalq müşahidəçi məşğul olur. Onlardan 293-ü ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, 410-u MDB missiyasının, 10-u Şanxay Əməkdaşlıq Təşkilatı missiyasının, 15-i Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, 11-i Türkdilli Dövlətlərin Parlament Assambleyasının, 3-ü İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi, 116-ı isə 37 dövlətin müşahidəçisidir.

Bundan başqa, Qazaxıstan Xarici İşlər Nazirliyində 37 ölkədən olan xarici KİV-in 168 nümayəndəsi akkreditasiyadan keçib.

Növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə bu ilin fevralında Qazaxıstan Xalq Assambleya Şurası çıxış etmişdi. Şura bəyan etmişdi ki, dünya iqtisadi böhranının artması və mürəkkəb beynəlxalq gündəm şəraitində seçkilərin keçirilməsi üzrə ümumxalq təşəbbüs zamantın tələbidir.