XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

15 Oktyabr 2018 - 16:19

“Yeni itkinlər…” –Bəzi ölkələrdə Stalin metodları geri dönüb

“Çindən Səudiyyə Ərəbistanınadək, bugünkü avtoritar rejimlər adamları qəfil və gizlicə oğurlayırlar. Tanınmış fiqurlar, yüksəkçinli rəsmilər saxlanır, yaxud da başlarına daha betəri gəlir. Bu, opponentlərini susdurmağın qədim və səmərəli taktikasıdır, amma bu yola əl atanlar sonda peşman olacaqlar”.

“Project Syndycate” portalında Nina L. Xruşçeva yazır ki, 1970 və 90-ci illərdə Argentina və Çilidə hökmranlıq etmiş hərbi xuntalar, Sovet İttifaqında  Stalin rejimi tənqidçilərini yox etdirirdlər. İndi bu məşum təcrübənin qayıtdığı görünür.

Ötən ay Interpol təşkilatının prezidenti Meng Hongvey Çində yoxa çıxdı, sonradan ona ittihamlar irəli sürüldüyü bəlli oldu. Səudiyyə Ərəbistanında Livanın baş naziri Saad Hariri saxlanmışdı, istefa verməyə məcbur edildi. Ötən həftə isə səudiyyəli jurnalist Camal Xaşuqçi ər-Riyadın İstanbuldakı konsulluğuna girəndən sonra “qeybə çəkildi”.

“Xaşuqçinin itməsi bugünkü avtoritarların tənqidçilərini susdurmaqdan ötrü dövlət sərhədlərini belə gözardı etdiyini ortaya qoyur. Jurnalistin başına nə gəldiyi bəlli deyil, amma Türkiyə hökuməti onun konsulluqda öldürüldüyünü bildirir…

Sual olunur – avtokratların opponentlərini susdurmaq naminə sərhədlərə və suverenliyə həqarəti ödəniləcək bədələ dəyərmi? Qərb dünyasında Putinə dönük kimi baxırlar, Çin lideri Xiyə də etibar azalıb, Səudiyyə şahzadəsi Məhəmmədin islahatçı imicinə isə bərpaolunmayacaq ziyan dəyib. Onların hamısını tezliklə Napopelon Jozef un polis naziri Jozef Fouçénin taleyi gözləyir. Engien hersoqunun oğurlanması və biabırçı məhkəməsindən sonra anladı ki, bu, cinayətdən də pis idi; səhv idi’.

(Azadlıq radiosu)