XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

16 Oktyabr 2018 - 09:23

Xaşuqçi qalmaqalı neft bazarında təlatüm yaradıb –ABŞ - Səudiyyə gərginliyi qiymətləri daha da yüksəldəcək

“Reuters” agentliyi yazır ki, neft qiymətləri oktyabrın 15-də, səudiyyəli jurnalistin yoxa çıxması ilə bağlı yaranmış geosiyasi gərginliyə görə möhkəmlənib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft hasilatçısıdır. Brent markasından olan neftin proqnoz qiyməti 33 sent artaraq bir barrel üçün 80. 76 dollar olub. ABŞ neftinin qiyməti 27 sent artaraq bir barrel üçün 71. 61 dollara çatıb. Ötən həftə hər iki markadan olan neftin qiymətləri dörd faiz azalmışdı.

Təhlilçilər bildirirlər ki, dünyanın ən böyük neft hasilatçısı Səudiyyə Ərəbistanı ilə ən böyük istehlakçı ABŞ arasında jurnalist Xaşuqçinin yoxa çıxması ilə əlaqədar yaranmış gərginlik oktyabrın 15-də neftin qiymətini möhkəmləndirib.

ABŞ sakini olan Camal Xaşuqçi oktyarbın 2-də Səudiyyənin İstanbul konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. ABŞ prezidenti Donald Tramp bildirib ki, jurnalistin konsulluqda öldürülməsi isbat olunarsa, Səudiyyə ciddi şəkildə cəzalandırılacaq. Səudiyyə Ərəbistanı oktyabrın 14-də bəyan etmişdi ki, Xaşuqçi məsələsi ilə bağlı üzərinə qoyulacaq hər hansı sanksiyalara cavab verəcək.

Təhlilçilər deyirlər ki, Səudiyyə və ABŞ arasında yaranmış bu gərginlikdən əvvəl də Birləşmiş Ştatların noyabrın 4-dən İran üzərinə sanksiyaları bərpa etmək qərarına görə neft bazarlarında qiymətlərin qalxacağına gözləntilər vardı.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi oktyabrın 15-də bəyan edib ki, Vaşinqton İranın neft ixracatını sıfra endirmək əzmində qalır. Bu arada başqa neft ölkələri İran neftinin bazardakı yerini tutmağa tələsir. İraq 2019-cu ilin birinci rübündə özünün cənub limanlarından neft ixracatını günə 4 milyon barrelə çatdırmaq planlarını açıqlayıb.

Çikaqodakı “Price Futures Group” firmasının təhlilçisi Fil Flin deyib ki, əgər Səudiyyə, İran üzərinə sanksiyaların bərpa olunacağı təqdirdə bazara dəstək verməsə, bazarda böyük qıtlıq yaranacaq. Təhlilçinin fikrincə neftin qiymətini son günlərdə qaldıran məhz bu ehtiyatlanmalar olub.“Reuters” bunu da qeyd edir ki, Trump-ın oktyabrın 15-də verdiyi bəyanat neft bazarındakı gərginliyi bir qədər azaldıb. ABŞ prezidenti Twitter-də yazıb ki, Camal Xaşuqçini nəzarətsiz qatillər də öldürə bilərdilər.

Bundan başqa Beynəlxalq Enerji Agentliyi oktyabrın 15-də bidlirib ki, neft bazarı hazırda adekvat təchiz olunur. Agentlik bu il və gələn il üçün neft tələbatı proqnozlarını da azaldıb.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə OPEC, Rusiya və ABŞ şirkətləri də daxil başqa hasilatçılar may ayından bəri neft hasilatını günə 1, 4 milyon barrel artırıblar.

(Azadlıq radiosu)