XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

15 Fevral 2016 - 21:58

“Mərkəzi Bank “alovun üzərinə benzin tökmək”lə məşğuldur” –Qubad İbadoğlu

qubad"Mərkəzi Bank uçot dərəcəsini qaldırıb, faiz dəhlizinin parametrlərini dəyişib. Bununla da hesab edir ki, manatla yığımları artırmala və inflyasiyanı sabitləşdirməklə son nəticədə manatın sabitliyini davam etdirəcək".

Strateq.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Qubad İbadoğlu Feysbuk-da yazıb.

Onun sözlərinə görə, hələ Mərkəzi Bankın ehtiyatlarının yüksək olduğu, bankların tənzimləmə vasitələrinin güclü, pul kredit siyasətinin təsirli olduğu dövrdə uçot dərəcəsinin simvolik xarakter daşıdığını nəzərə alaraq, indiki qərarın təsirlərini şərh etməmək də olardı:

"Amma hazırkı həsas məqamda bunun yalnış anlaşılmaması və çaşğınlıq yaratmaması üçün qəbul edilmiş qərar barədə fikirlərimi bölüşməyi özümə borc bildim".

Qubad bəy daha sonra bildirib ki, Mərkəzi Bank "alovun üzərinə benzin tökmək"lə məşğuldur:

"Əvvala qeyd edim ki, normal münasibətər çərçivəsində buxovlayıcı monetar tədbir hesab olunan bu qərar dövriyyədəki pul kütləsini məhdudlaşdırmaq, faiz dərəcələrinin artırmaqla, investisiya fəallığını aşağı salır. Yəni, bizim nümunəmizdə hətta bu qərar təsirli olsa belə yersizdir, çünki, manatın məhdudlaşdırmaqla işgüzar fəallığa mənfi təsir göstərir.

Buna isə əslində cağdaş Azərbaycan iqtisadiyyatının ehtiyacı yoxdur. Çünki hazırda onsuz da inzibati vasitələrlə manat qıtlğığ yaradan Mərkəzi Bank onzuz da investisiya mühitini pisləşdirib. Bu isə bohran dövründə "alovun üzərinə benzin tökmək"lə müqayisə oluna bilər.

Hesab edirəm ki, Mərkəzi Bankın dövriyyədəki manat kütləsini məhdudlaşdıran siyasəti hazırkı dövrün tələblərinə cavab vermir və ölkədə onsuz müxtəlif xarici və daxili faktorlardan qaynaqlanan və əsasən də alıcılıq qabliyyətinin məhdudlaşdırılmasına gətirib çıxaran mövcud böhranın sosial fəsadlarını daha da sərtləşdirir, məcmu tələbi bir az məhdudlaşdırır".

Strateq.az