XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 October 2018 - 12:08

İranda şok hadisə –Silahlı şəxslər 14 hərbçini qaçırdı, aralarında SEPAH üzvləri də var

İranın cənub-şərq hissəsində, Pakistanla sərhəd yaxınlığında silahlılar 14 iranlı hərbçini qaçırıblar.

Bu barədə “Mehr” agentliyinin verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında ara-sıra iranlı sərhədçilərə qarşı hücumların olduğu Sistan və Bəlucistan ostanında baş verib.

Qaçırılan şəxslər arasında sərhədçilər və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçiləri də var.

Qeyd olunur ki, hərbçilər “Ceyşəl-Ədl” terror qruplaşmasının üzvləri tərəfindən qaçırılıblar/Report.