XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

16 Oktyabr 2018 - 12:15

Nazirlər Kabinetinin şöbə müdiri:"Badamdardakı sürüşmə zonasında drenaj quyuları qazılır..."

“Hazırda Badamdardakı sürüşmə zonasında drenaj quyuları qazılır”.

Bunu jurnalistlərə açıqlamasında Nazirlər Kabinetinin şöbə müdiri Şahin Salahov deyib.

O bildirib ki, 150 metr dərinliyində 5 quyu qazılacaq:

“Hazırda 3 quyunun qazılmasına başlanılıb. Quyuların qazılmasında məqsəd yeraltı suların səviyyəsini aşağı endirməkdir. Hazırda fəaliyyət göstərən quyular da var, qazılan quyular əlavədir”.

Şöbə müdirinin sözlərinə görə, hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür: “İnsanlar köçürülüb, yol bağlanılıb. Obyektlərin suyu, işığı kəsilib ki, yanğın, təhlükə, insan tələfatı olmasın. Digər tədbirlər isə araşdırmaların nəticələrinə uyğun olaraq həyata keçiriləcək. Evlərin sökülüb sökülməməsi ilə bağlı qərar da tədqiqatların nəticələrinə əsasən veriləcək. Hazırda evlərdə yaşayış yoxdur”.

Report