Badamdardakı sürüşmə ərazisində monitorinqlər davam etdirilir.
Strateq.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 15:00-a olan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır: “Sürüşmə sahəsi üzərində süxur qırıntılarının yola doğru hərəkəti müşahidə olunub. Ərazinin üst hissəsindəki evlərin divarlarında yeni çatlar qeydə alınıb”.