XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

16 Oktyabr 2018 - 17:28

 ABŞ-ın İrəvandakı səfiri:"Ermənistan Azərbaycana güzəştə getməli olacaq"

“Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycana güzəştə getməli olacaq”.

Bunu ABŞ-ın Yerevandakı səfiri Riçard Mills Ermənistan KİV-inə müsahibəsində bildirib.

“Bura ilk dəfə gəldiyim zaman ermənilərin əksəriyyətinin işğal olunmuş ərazilərin danışıqlar prosesinin bir hissəsi kimi qaytarılmasına qarşı olmasına təəccübləndim. Mənə təəccüblü gəlir ki, Ermənistanda mümkün kompromislər barədə müzakirələr yoxdur”, – deyə amerikalı diplomat qeyd edib.

O vurğulayıb ki, 2016-cı ilin aprelində Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ermənilərin münasibətini daha da kəskinləşdirib.

“Amma reallıq belədir ki, istənilən həll yolu işğal olunmuş ərazilərin bir hissəsinin qaytarılmasını tələb edəcək”, – deyə Ermənistandakı diplomatik missiyasını başa vurmaqda olan R.Mills bildirib/Report.