XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

16 Oktyabr 2018 - 23:54

Koçaryandan Paşinyanın istefasına reaksiya:"Bunu indi etməyə ehtiyac varmı?"

“Ermənistanda yeni siyasi monopoliya qurulur”.

Bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan Baş nazir Nikol Paşinyanın istefasına münasibət bildirərkən deyib.

Robert Köçəryan növbədənkənar parlament seçkilərinin keçirilməsinin ölkədə siyasi monopoliyanın formalaşmasına səbəb ola biləcəyini deyib.

“Taktiki planda hər şey aydındır – populyarlığın zirvəsində uğur qazanmaq. Strateji planda isə problemlər görürəm. Yəni siyasətçi kimi sən qalib gəlirsən, amma dövlət xadimi kimi hələ düşünməlisən ki, bunu indi etməyə ehtiyac varmı?” – deyə Köçəryan bildirib.

Eks-prezident hazırki eyforiya şəraitində layiqli parlamentin formalaşdırılmağına şübhə ilə yanaşdığını qeyd edib. O, dövlət maraqları nöqteyi-nəzərindən yeni siyasi monopoliyanın qurulmasının düzgün olmadığı qənaətində olduğunu söyləyib: “Tam hakimiyyət tam məsuliyyət deməkdir. Yəni yeni hakimiyyət formalaşdıqdan sonra ölkədə baş verən bütün hadisələrə cavabdeh olacaq”.

Köçəryanın fikrincə, bu birtərəfli parlament ölkədə yeni siyasi monopoliya olacaq/Teleqraf.com.