XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

17 Oktyabr 2018 - 12:03

ABŞ dövlət katibi Türkiyəyə gəlib- Jurnalist Camal Xaşuqcının məsələsini araşdırmaq üçün

ABŞ-ın dövlət katibi Maykl Pompeo Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşən jurnalist Camal Xaşuqcinin məsələsini araşdırmaq üçün Türkiyəyə gəlib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, M.Pompeo Ankaranın Esenboğa hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Görüş zamanı C.Xaşuqci ilə bağlı məsələ müzakirə olunur.

Qeyd edək ki, M.Pompeo oktyabrın 16-da Səudiyyə Ərəbistanında səfərdə olub, əl-Riyadda Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səudla və vəliəhd şahzadə, baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz əl-Səudla görüşüb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı vətəndaşı, “Vaşinqton Post” qəzetinin əməkdaşı Camal Xaşuqci oktyabrın 2-də Krallığın İstanbuldakı Baş Konsulluğunun binasına daxil olduqdan sonra itkin düşüb.