XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

17 Oktyabr 2018 - 12:35

Pompeo Ərdoğanla görüşdü- Hava limanında 35 dəqiqəlik müzakirə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında görüş başa çatıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, Ankaranın Esenboğa hava limanında baş tutan danışıqlar 35 dəqiqə sürüb.

R.T.Ərdoğanla M.Pompeo Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşən jurnalist Camal Xaşuqcinin məsələsini müzakirə ediblər.

ABŞ-ın dövlət katibi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də görüşəcək.

Qeyd edək ki, Türkiyə Prezidenti görüşdən sonra Moldovaya yola düşüb.