XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

17 Oktyabr 2018 - 17:20

Pompeo Ərdoğanla görüşdü və jurnalistlərdən qaçdı –Xaşuqcinin qətli necə açıqlanacaq?

ABŞ dövlət katibi Mayk Pompeo səudiyyəli jurnalistin yoxa çıxması ilə əlaqədar təhqiqatın nəticələrinin bütün dünyaya nümayiş etdiriləcəyi barədə Səudiyyə Ərəbistanı liderlərinin razılığını aldıqdan sonra Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla görüşüb.

Pompeo Ərdoğanla Camal Xaşuqci barədə bağlı qapılar arxasında danışıqlar apardıqdan az sonra Ankaranı tərk edərkən müxbirin suallarını cavablandırmayıb. Pompeo Xaşuqcinin yoxa çıxmasını kral Salman və onun oğlu şahzadə Məhəmməd bin Salmanla müzakirə etdikdən bir gün sonra Səudiyyə Ərəbistanından Türkiyəyə yola düşüb.

Ər-Riyadı tərk etməzdən əvvəl Pompeo krallığın şəffaf araşdırmaların aparılacağını vəd etdiyini bildirib.

Müxbirin Xaşuqcinin sağ olması və ya ölməsi barədə sualına Mayk Pompeo: “Mən faktlar barədə danışmaq istəmirəm. Onlarda bunu istəmir. Onlar bu istintaqın tamamlanmasını istəyir. Və məncə bu ağıllı fikirdi. Bundan sonra isə biz nəticələri, onların işini qiymətləndirəcəyik” – deyə cavabinda bildirib.

“Wall Street Journal” çərşənbə axşamı məlumat verib ki, səudiyyəli agentlər Xaşuqcini döydükdən və halsız vəziyyətə gətirdikdən sonra onu öldürüb və daha sonra onu doğrayıb. Qəzet yazır ki, Türkiyə rəsmiləri audio yazıdan əldə edilən detallar da daxil olmaqla dəlilləri Səudiyyə və ABŞ rəsmiləri ilə bölüşüb.

“The New York Times” və “Washington Post” 15 Türkiyə rəsmisindən bir neçəsi şübhəlilərin Səudiyyə Təhlükəsizlik Xidməti və şahzadə ilə əlaqəsi olan adamlar olduqlarını bildirib.

“Associated Press”-ə müsahibəsində ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına qarşı artmaqda olan təyziqləri tənqid edib. Lakin bəzi ABŞ qanunvericiləri Türkiyənin səudiyyəli agentlərin Xaşuqcini öldürmələri versiyasını qəbul edib.

(Amerikanın səsi)