Haiti prezidenti Jovenel Moiz naməlum şəxslər tərəfindən sui-qəsdə məruz qalıb.
“RİA Novosti” xəbər verir ki, hadisə nəticəsində ölkə başçısının xəsarət almadığı bildirilir.
Sui-qəsd planı Pon-Ruj şəhərində keçirilən tədbir zamanı işə salınıb. Naməlum şəxslər atəş açsa da, mühafizəçilər prezidenti təhlükəsiz yerə apara bilib.
Prezidentin iki mühafizəçisi yaralanıb. Hadisənin təfərrüatı açıqlanmır/Publika.az.