XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

18 Oktyabr 2018 - 14:10

Sanitariya və Texniki Təmizlik İdarəsinin fəaliyyəti dayandırıldı –Eldar Əzizovdan göstəriş

Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındakı, sahibsiz heyvanlarla mübarizəyə cavabdeh olan Sanitariya və Texniki Təmizlik İdarəsinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı göstəriş verib.

Bu barədə Unikal.org-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən idarədə təmir-tikinti işləri aparılır. Yeni layihədə heyvanlar üçün müasir sığınacaqların salınması və müasir mərkəzin qurulması nəzərdə tutulur. Bu səbəbdən də sahibsiz küçə heyvanları ilə müraciətlərə baxılmır.