XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 October 2018 - 17:35

Putindən Türkiyəyə Suriya ilə bağlı vacib dəstək:"Hər şey elə də asan deyil..."

“Hər şey elə də asan deyil, əksinə, çətindir. Amma türkiyəli tərəfdaşlar Suriyanın İdlib şəhərində deeskalasiya zonası yaratmaqla bağlı üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq müzakirə klubunun iclasında deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə deeskalasiya zonası yaradılması ilə bağlı işləri davam etdirir.

“Hələ ki o zonadan terrorçular və bütün ağır silahlar çıxarılmayıb. Amma türkiyəli tərəfdaşlar bütün öhdəliklərini yerinə yetirməyə çalışırlar. Məsələ asan olmasa da, Türkiyə Suriyada terrorizmlə mübarizədə çox effektiv fəaliyyət göstərir”, – Rusiya Prezidenti deyib/Report.