XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

19 Oktyabr 2018 - 17:04

İzmirdə “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir –İlham Əliyev və Ərdoğan mərasimdə iştirak edirlər

Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak edirlər. Əvvəlcə Azərbaycan və Türkiyə prezidentləri terrasdan zavodun ərazisinə baxdılar. Dövlət başçılarına “Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verildi.

Sonra xatirə şəkli çəkdirildi. “Star” neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.