Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu gün bir qrup şəxsi təltif edib.
Strateq.az xəbər verir ki, bununla bağlı verilən sərəncama əsasən, Babək rayonunun inkişafında fəaliyyətlərinə görə, Məmmədov Nihal Məmmədqulu oğlu və Məmmədsoy Müşviq Məmməd oğlu “Əməkdar dövlət qulluqçusu”, Əliyev İsa Əli oğlu, Quliyev Həsən Əli oğlu və Seyidov Mirkərim Əhməd oğlu “Əməkdar müəllim”, Abdullayev Qulam Səfərəli oğlu və Həsənova Leylan İbrahim qızı “Əməkdar həkim”, Abutalıbov Tofiq Abutalıb oğlu və Həsənov Cəlal İbrahimxəlil oğlu “Əməkdar kənd təsərrüfatı işçisi”, Rzayeva Sevinc Hüseyn qızı “Əməkdar mühəndis” fəxri adı, Əliyev Məcid Sərraf oğlu, Xudiyev Məhərrəm Cəlil oğlu, İsmayılov Hüseyn Abbas oğlu və Novruzov Məhərrəm Yavər oğlu “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər”.