XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 10:51

BMT «dilə gəldi»- Kim Çenin cinayətləri araşdırılacaq

Qalmaqalları və ağılasığmaz cəza tədbirləri ilə tanınan Şimali Koreya lideri Kim Çen İnə qarşı nəhayət konkret addımların atılmasına qərar verilib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, BMT Kim Çenin cinayətlərini araşdıracaq. Bu barədə qurumun Şimali Koreya üzrə xüsusi məruzəçisi Marzuki Darusman məlumat verib.

Darusman «Reuters» agentliyinə bildirib ki, Kim Çenin insanlıq əleyhinə cinayətlər törətdiyi ilə bağlı ciddi şübhələr var:

«BMT-nin İnsan Haqları Şurasına təklif etmişik ki, Kim Çen İnlə birbaşa əlaqə yaradılsın və topladığımız bütün sənədlər ona göndərilsin. Ona özünün və ətrafındakı məmurların addımlarının araşdırılacağı barədə xəbər verilməlidir. Əgər təqsirləri sübut olunsa, insanlıq əleyhinə cinayətə görə məsuliyyət daşıyacaqlar». 

Kommunikasiya üçün 3 ekspert təyin olunacaq. Bu ekspertlər həqiqətlərin üzə çıxarılması üçün təhqiqat başladacaq. 

Darusman bildirib ki, BMT Təhlükəsizlik Şurası (TŞ) prosesə Beynəlxalq Cəza Məhkəməsini də cəlb etməlidir. 

«Reuters» qeyd edir ki, Təhlükəsizlik Şurasında «veto» hüququ olan Çin Şimali Koreyada insan haqlarının durumunun araşdırılması ilə bağlı təşəbbüslərin daim qarşısını alıb.

Çin yalnız Şimali Koreyanın son addımına – ballistik raket buraxmasına qarşı çıxıb və BMT TŞ-nin ölkənin cəzalandırılması ilə bağlı hesabatını dəstəklədiyini bildirib.

Çinin Kim Çenin cəzalandırılması ilə bağlı təşəbbüsü dəstəkləyib-dəstəkləməyəcəyi isə yaxın vaxtlarda bəlli olacaq.