XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

19 Oktyabr 2018 - 23:26

Türkiyə-ABŞ arasında yeni Menbiç gərginliyi –YPG silahlıları çıxarılmasa, Ankara bölgəyə ordu yeridəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, iki NATO tərəfdarı arasında ikitərəfli gərginliyin artdığı bir vaxt, Suriyanın mübahisəli Mənbic şəhərində ABŞ-ın əsas müttəfiqinə qarşı hərbi tədbir görəcəyi ilə bağlı xəbərdarlıq edib.

“Biz lazım olan nə isə, onu edəcəyik”. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, bu, Ərdoğanın çərşənbə günü Ankaraya səfər edən ABŞ dövlət katibi Mayk Pompeoya mesajı olub.

Ankara Suriyanın kürd YPG hərbi birləşməsinin bütün üzvlərinin Mənbicdən çıxarılmasını tələb edir. ABŞ qüvvələrinin dəstəklədiyi YPG 2016-cı ildə İslam Dövləti qrupunu strateji baxımdan mühüm hesab edilən Mənbicdən çıxarmağa yardım edib. Bu ilin əvvəlində ikitərəfli fərqlilikləri aradan qaldırmaq üzərində razılaşmış yol xəritəsinə əsasən, YPG Mənbicdən çıxmalı, ərazidə ABŞ-la Türkiyənin birgə patrulu başlamalıdır.

‘Türkiyə hazırdır’

Lakin Ankara Vaşinqtonun geri addım atdığını düşündüyü üçün narahatdır. “ABŞ çətinliklərlə üzləşirsə, Türkiyə Suriyanın Mənbic şəhərini terrorçulardan təmizləməyə hazırdır” -deyə, Çavuşoğlu çərşənbə günü Pompeo ilə görüşdən sonra söyləyib.

Çavuşoğlu deyib ki, Mənbiclə bağlı razılıqdan beş aydan çox vaxt keçib. “Bəzi ləngimələrin olması normaldır, amma ərazidəki ABŞ ordusu tərəfindən müqavimət olmamalıdır”, o deyib. Ankara Suriyadakı Amerika qüvvələrini kürd yarı-hərbi dəstəsinə çox şəfqətli olduğuna görə dəfələrlə qınayıb.

Toqquşan maraqlar

Ankaranın Vaşinqtonla bağlı şübhələri ABŞ-ın İranın Suriyada nüfüzunu azaltmaq məqsədini açıqlamasından sonra artıb. “Suriya qonşu ölkələrə terror ixrac edən ölkə imicindən qurtulmalıdır. Bundan əlavə İranın adından döyüşən yarı-hərbi dəstələr də ərazidən çıxarılmalıdır” – deyə, ABŞ-ın Suriya üzrə nümayəndəsi Ceyms Ceffri bildirib.

Müşahidəçilər deyir ki, YPG Suriyanın şimalında Suriya-İraq sərhədi də daxil olmaqla, böyük əraziyə nəzarət etdiyi üçün Vaşinqton bu qrupun İranın nüfuzunun qarşısının alınmasında mühüm rol oynadığını düşünür. İraqla Suriya arasında əsas magistralda yerləşən Mənbic strateji baxımdan əhəmiyyətli şəhər olaraq görülür.

Bu yaxınlarda Ankara ilə Vaşinqton münasibətləri yaxşılaşdırmaq yolunda vacib addım atıb. Bu ayın əvvəli Türkiyə amerikalı rahib Endrü Bransona terror ittihamları ilə iki il həbsdə keçirəndən sonra Birləşmiş Ştatlara geri dönməyə icazə verib. Vaşinqton bu iddiaları əsassız və siyasi motivli adlandırıb.

Lakin İstanbulun Kadir Has Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Soli Özəl deyir ki, Mənbic Türkiyə ilə Birləşmiş Ştatlar arasında dərinləşən inamsızlığı simvolizə edir.

“Fikrimcə, ən fundamental problem odur ki, Türkiyə ilə ABŞ-ın Yaxın Şərqdəki maraqları üst-üstə düşmür”, o deyib.

Vaşinqton Tehranı regiondakı əsas təhlükə olaraq görsə də, Ankara İranla Suriya məsələsi üzərindəki əməkdaşlığını artırır. Ankara, Tehran və Moskva vətəndaş müharibəsinə son qoymaq səylərini koordinasiya edir, baxmayaraq ki, onlar rəqib təfərləri dəstəkləyir. Təhlilçilər İranın ABŞ-la Türkiyə arasında Məniclə bağlı gərginlikdən sui-istifadə edəcəyini ehtimal edir.

(Amerikanın səsi)