XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

16 Fevral 2016 - 11:32

Rusiyanın keçmiş baş nazir müavini barəsindəhəbs qərarı çıxarıldı

 

Rusiyada keçmiş baş nazir müavini Alfred Kox barəsində həbs qərarı çıxarılıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «İnterfaks»a məlumatlı mənbə bildirib.

Məlumata görə, Kox qaçaqmalçılıqda ittiham olunur. Hazırda Rusiyada olmayan sabiq Baş nazir müavini beynəlxalq axtarışa da verilib.

Moskva Şəhər Məhkəməsindən bildiriblər ki, Kox Rusiya Cinayət Məcəlləsinin 226-cı maddəsi (mədəni dəyərlərin qaçaqmalçılığı) ilə ittiham olunur.

Koxun vəkili Alxas Abqadjava məsələyə aydınlıq gətirərək deyib ki, söhbət müdafiə etdiyi şəxsin Rusiyadan tanınmış rəssamın rəsm əsərlərini aparmasından gedir:

«O bunların Rusiya mədəni irsi üçün bu qədər dəyərli olduğunu bilmirdi». 

Rusiya qanunvericiliyinə görə, sözügedən maddə ilə ittiham olunan şəxsi 12 il azadlıqdan məhrumetmə cəzası və 1 milyon rubla qədər pul cəzası gözləyir.