XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

21 Oktyabr 2018 - 10:42

Beynəlxalq Jurnalistlər Federasiyasından ABŞ və Aİ-yə çağırış:"Ər-Riyada qarşı sanksiya tətbiq edilsin!"

Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) ABŞ və Avropa İttifaqı rəhbərliyini Səudiyyə Ərəbistanına qarı Camal Xaşkacinin ölkənin İstanbuldakı konsulluğunda qətlə yetirilməsinə görə sanksiya tətbiq etməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə Belçikanın paytaxtı Brüssüldə yerləşən BJF-nın bəyanatında bildirilir.

Bəyanatda deyilir: “Əgər Aİ və ABŞ Rusiya və Venesuelaya qarşı onları dövlət tərəfindən təşkil olunmuş qətllərdə ittiham edərək sanksiyalar tətbiq edirsə, niyə Səudiyyə Ərəbistanı qarşı heç bir addım atılmır. Bütün dünya üzrə insan haqları müdafiəçiləri çıxış edir, bir çox şirkət və təşkilatlar artıq sanksiyalar tətbiq ediblər və ya Səudiyyə Ərəbistanında keçirilən tədbirləri boykot ediblər. İndi isə hökümətlər hərəkət etməlidir, onların qatilləri və cinayətin sifarişçilərini tapıb məsuliyyətə cəlb etmək üçün iqtisadi təzyiq rıçaqları, diplomatik və beynəlxalq instrumentari var”.

Bəyanatda qeyd edilir ki, Ər-Riyad bu işdə həqiqəti gizlətmək üçün yalan toru toxuyur: “Səudiyyə Ərəbistanı rejiminin öz baş konsulluğunda baş verənləri müəyyən etməsi üçün çox sayda günə ehtiyacı olması fikiri belə gülünc və əsassızdır”.