XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

21 Oktyabr 2018 - 11:14

Fransa hökumətindən Xaşuqci bəyanatı:"Bir çox sual cavabsız qalır"

Paris jurnalist Camal Xaşuqcinin öldürülməsinin ətraflı araşdırılmasını tələb edir.

Trend-in məlumatına görə, bu barədə Fransa xarici işlə naziri Jan-İv Le Drianın nazirliyin Twitter hesablında yerləşdirilən bəyanatında deyilir.

Bəyanatda bildirilir: “Camal Xaşuqcinin öldürülməsinin təsdiq edilməsi həqiqətin müəyyən edilməsi istiqamətində ilk addımdır. Bir çox sual cavabsız qalır. C.Xaşuqcinin qətli ilə bağlılığı olanların cavab vermələri üçün suallar qəti və ətraflı araşdırma tələb edir”.

Onun sözlərinə görə, Fransa Səudiyyə Ərəbistanı hökumətindən bu istiqamətdə işlər gözləyir: “Bu gözləntilər bizim ölkələrin səmimilik, tələbkarlıq və şəffaflıq tələb edən strateji tərəfdaş olması fonunda daha da güclənir”.

Bundan əlavə XİN rəhbəri C.Xaşuqcinin ailəsinə və yaxınlarına başsağlığı verib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin