XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 11:57

“Araz Əzimov prezidentdən çoxmu ağıllıdır?” –Ekspertdən nazir müavininin açıqlamasına sərt reaksiya

"Araz Əzimov illərin diplomatıdır, Azərbaycan müstəqil olandan XİN-də çalışır, Dağlıq Qarabağ danışıqlarında ölkəni və prezidenti təmsil edir və belə bir mühüm pozisiyaya malik adam deyir ki, Bəşər Əsəd prezident kimi hazırda Suriyanın ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır və onun ordusu hüquqi institutdur. Əvvəl deyirdim və yazırdım ki, başda Xarici İşlər naziri Elmar Məmmədyarov olmaqla, diplomatlarımızın yerli və xarici mətbuatla sıx əlaqədə olması vacibdir. Ancaq indi görürəm ki, elə müsahibə verməsələr yaxşıdır".

Strateq.az xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimovun Avstriyanın nüfuzlu "Die Presse” qəzetinə müsahibəsinə reaksiya verən“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, Araz Əzimovun Əsədlə bağlı fikirləri Rusiya və İran rəsmilərinin fikirləri ilə tamamən üst-üstə düşür:

"Məgər biz Suriya məsələsində Moskva və Tehranın mövqeyini müdafiə edirik?

Araz Əzimovdan heç kim tələb etmir ki, Qərb və Türkiyə liderləri kimi desin ki, Əsəd getməlidir. Bu bizim dərdimiz deyil, heç prezident İlham Əliyev Əsədi dəstəkləyən açıqlamalar vermir, Suriyadakı vəziyyətlə bağlı ümumi ifadələr işlədir, çünki bilir ki, Əsədin günahları terrorçuların günahlarından az deyil. Görəsən, illərin diplomatı Araz Əzimov Əsədin adını çəkmədən Suriyadakı durumla bağlı ümumi ifadələr tapa bilməzdi? Araz Əzimov prezidentdən çoxmu ağıllıdır?

Məncə, Araz Əzimov müsahibəsindəki fikirlərə ya özü, ya da XİN açıqlama gətirməlidir. Əks halda, Qərbdə və Türkiyədə Azərbaycanı İran və Rusiya ilə yanaşı, Əsəd dəstəkçiləri siyahısına aid edəcəklər".