XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 October 2018 - 10:40

Corc Sorosa sui-qəsd planı –Evinin ətrafında bomba tapıldı

Milyarder Corc Sorosun evinin yaxınlığında partlayıcı cihaz tapılıb.

ABŞ mediası milyarder, Soros Fondunun rəhbəri olan Corc Sorosun Nyu Yorkdakı evinin yaxınlığında bomba tapıldığını təsdiq edib.

Məlumata görə, məqsəd Sorosu hədəf almaq olub.

Nyu York polisi bildirib ki, poçt qutusunun içərisində şübhəli bağlama olub. Araşdırma zamanı bəlli olub ki, bağlamanın partlayıcı funksiyası var.

Bağlama Sorosun evinin ətrafından götürülüb və hazırda faktla bağlı araşdırma aparılır/Teleqraf.com.