XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

23 Oktyabr 2018 - 13:29

MHP AKP ilə ittifaqdan çıxdı:“Öz göbəyimizi özümüz kəsəcəyik"

“Öz göbəyimizi özümüz kəsəcəyik”.

Strateq.az xəbər verir ki, bu sözləri bu gün Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlet Baxçalı partiyasının qrup toplantısında bildirib.

O, bəyan edib ki, ötən seçkidə prezident Ərdoğanın liderlik etdiyi Ədalət və İnkişaf Partiyası ilə yaratdıqları  “Cümhur ittifaqı”nın fəaliyyəti artıq başa çatıb: “Bizim bu ittifaqdan daha heç bir gözləntimiz qalmayıb”.

Xatırladaq ki, iki partiya arasında əfvlə bağlı mübahisə yaranmışdı. Baxçalının böyük əfv sərəncamı verilməsi çağırışına Ərdoğan “Mən həbsxanalardakı narkomanları azadlığa buraxan iqtidar kimi tarixə düşə bilmərəm” deyə sərt cavab vermişdi. Bundan sonra tərəflər arasında “söz atışması” böyümüşdü.

Onu da qeyd edək ki, gələn ilin mart ayında Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.