XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 February 2016 - 12:51

FHN-də toplantı:İş adamları ilə agentlik rəhbəri "toqquşdu", Kəmaləddin Heydərov söz verdi

Fövqəladə Hallar Nazirliyində nazir Kəmaləddin Heydərovun başçılığı ilə Bakının bütün tikinti şirkətlərinin rəhbərləri ilə növbədənkənar görüş keçirilib.

Strateq.az qafqazinfo.az-a istinadən xəbər verir ki, toplantı ölkə başçısının tikinti sektorunda canlanma yaradılması, korrupsiya və rüşvət hallarının tam aradan qaldırılması ilə bağlı verdiyi kəskin xəbərdarlıqlardan sonra reallaşıb.

Məlumata görə, prezidentin Bakıda həyata keçirilən tikinti işləri ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı göstərişləri var. Həmin göstərişlərə əsasən, qeyd olunan neqativ hallar aradan qaldırıldıqdan sonra əhalinin tikintidən yararlanması üçün əlverişli şəraitin yaradılacağı gözlənilir. Belə ki, qiymətlərin yarıbayarı aşağı düşəcəyi bildirilir. Hətta Bakının müxtəlif əraziləri üzrə tikintilərin kvadratmetrinin hansı qiymətlə satılacağı da müəyyənləşdirilib.

Elə bu tədbirlər çərçivəsində bu gün qeyd etdiyimiz kimi, FHN-də fövqəladə görüş başlayıb.

Məlumat üçün bildirək ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ölkədə tikinti sektorunda iş adamlarının əsas narazılıq etdiyi qurumlardan biri olub.

Məhz bu gün tədbirdə iştirak edən agentliyin rəisi Cəbrayıl Xanlarovla iş adamları arasında gərginlik yaşanıb. Sahibkarlar nazirin şəffaflığın təmin olunması və bundan sorna heç bir maneənin olmayacağı ilə bağlı vədindən sonra Cəbrayıl Xanlarovun indiyə qədər yaratdığı problemləri açıq şəkildə ifadə edərək nazirin diqqətinə çatdırıblar.

“Son 10-12 il ərzində Azərbaycanda digər sahələrin mühüm inkişafı ilə yanaşı, ən çox inkişaf edən sahələrdən biri də tikinti olub. Həm dövlət investisiyalarının, həm yerli və xarici investisiyaların iştirakı ilə aparılan tikinti işləri göz qabağındadır. Biz fəxr etməliyik ki, Bakı və digər şəhərlərimiz xarici qonaqlar tərəfindən yüksək qiymətləndirilir”.

Strateq.az trend.az-a istinadən xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün sahibkarlarla keçirdiyi görüşündə deyib. K.Heydərov bildirib ki, statistik rəqəmlərə baxsaq dövlət investisiyaları ilə yanaşı, yerli və xarici investorların qoyduğu investisiyalar hesabına Bakı və digər şəhərlər gözəlləşib.

Nazir qeyd edib ki, əvvəl tikintiyə başlamazdan əvvəl icazənin alınması üçün 245 gün və bəzən də çox vaxt tələb olunurdu:

"Möhtərəm prezidentin tapşırığı ilə aparılan işlər nəticəsində yeni iş sistemi yaradılıb. Sahibkarların onlara verilən kodlar vasitəsilə tikinti işləri ilə bağlı "online" sistemdə məlumat almaq imkanı olacaq. Bu da vaxt itkisini xeyli azaldacaq. O cümlədən, lisenziyaların ləğv edilməsi sahibkarların işini sürətləndirəcək".

Nazir gələcəkdə tikinti sahəsində İctimai Şuraların yaradılmasının vacibliyini də vurğulayıb.

Nazir həmçinin deyib ki, böhrandan sonra tikintiyə investisiya qoymaq sərfəlidir:

Bu, həm sahibkarlar üçün faydalıdır, həm də yeni iş yerlərinin açılması üçün səmərəlidir".

K.Heydərov tikinti materialları istehsal edən şirkətlərə də tövsiyələr verib. Nazir bildirib ki, tikinti materialları istehsal edən sahibkarlar bilməlidirlər ki, onların istehsal etdiyi keyfiyyətli inşaat materiallarına üstünlük verilməlidir və onlar məhsulları keyfiyyətlə istehsal etməlidirlər.

K.Heydərov deyib ki, yerli məhsullar o qədər keyfiyyətli olmalıdır ki, xaricdən gələn məhsullara rəqabətdə uduzmasın.

Nazir həmçinin bildirib ki, bundan sonra tikinti sahəsində heç bir maneə olmayacaq.