“Biz bu ittifaqın ruhuna zərər verəcək heç bir iş görməyəcəyik”.
Strateq.az bildirir ki, bu sözləri MHP-nin AKP ilə ittifaqdan çıxma qərarına şərh verən Türkiyə prezidenti Ərdoğan deyib.
Prezident bildirib ki, MHP ilə ötən seçkidə birgə olduqları kimi, yenə də birgə dayanışma içində olmaqda maraqlıdırlar: “Lakin əgər MHP öz yolunu seçirsə, o zaman onlar yerli seçkidə öz namizədini, biz də öz namizədimizi çıxararıq. Heç bir sıxıntımız yoxdur”.