Bu gün prezident İlham Əliyev 3 ölkə arasında bağlanmış Anlaşma Memorandumunu təsdiqləyib.
Strateq.az xəbər verir ki, bununla da “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” 2018-ci il martın 31-də Giresun şəhərində imzalanmış Anlaşma Memorandumu qüvvəyə minib.
***
Prezident bu gün “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin/sərhəd komissarlarının fəaliyyəti haqqında” 2018-ci il iyunun 11-də Bakı şəhərində imzalanmış Sazişini də təsdiq edib.
***
Prezident, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair” 2018-ci il aprelin 25-də Ankara şəhərində imzalanmış Protokolu da təsdiqləyib.