Səudiyyə kralı Salman bin Əbdüləziz əl-Saud və şahzadə Məhəmməd bin Salman Riyadda mərhum jurnalist Camal Xaşuqcinin doğmalarını qəbul ediblər.
Strateq.az “Əl-Ərəbiyyə” kanalına istinadla xəbər verir ki, əl-Yəmamə sarayında xanədan rəhbəri və vəliəh Səhl Əhməd Xaşuqci və Salah Camal Xaşuqci görüşərək onlara başsağlığı veriblər.
Xaşuqci ailəsinin təmsilçiləri Səudiyyə kralı və şahzadəyə başsağlığı verdikləri üçün təşəkkürlərini bildiriblər.