XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 13:00

Rusiya-OPEC görüşü fonunda neft qiymətləri saatbasaat yüksəlir- Son rəqəmlər

 

Dünya birjalarında neftin qiyməti bu saatlarda Qətərin paytaxtı Dohada keçirilən Rusiyanın və Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin enerji nazirlərinin görüşü fonunda bahalaşmaqda davam edir.

Belə ki, hazırda “Layt” markalı neftin bir barreli Nyu-Yorkun NYMEX birjasında 30,89 dollara, “Brent” neftinin bir barreli isə Londonun İCE birjasında 35,12 dollara satılır.

Azertag.az  bloomberght.com-a istinadla xəbər verir ki, Qətərin Enerji Nazirliyinin nümayəndələri və nazirliyin sözçüsü Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela və Qətərin neft nazirlərinin birgə görüşünün hazırda davam etdiyini bildiriblər. Yığıncaqdan sonra birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.