XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

24 Oktyabr 2018 - 11:41

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Azərbaycana gəlib- Rəsmi səfər

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycana gəlib.

“Report” xəbər verir ki, səfər zamanı C.Bolton rəsmi şəxslərlə Azərbaycan və ABŞ arasındakı əməkdaşlığın inkişafı, eləcə də regional məsələlərin müzakirə olunacağı bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, o, daha əvvəl Azərbaycan, Ermənistan və Gürcüstana səfərləri zamanı bu ölkələrin Suriyada vəziyyətin tənzimlənməsinə təminatçı dövlətlərin – İran, Rusiya və Türkiyə ilə münasibətlərində oynadıqları geosiyasi rolun vacibliyini dəyərləndirəcəyini bildirib.

C.Bolton Cənubi Qafqaza gəlməmişdən əvvəl Rusiyada səfərdə olub.