XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

24 Oktyabr 2018 - 15:15

İran prezidenti:"ABŞ-ın dəstəyi olmasaydı, Səudiyyə Ərəbistanı Xaşuqcini öldürə bilməzdi"

“Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyini almadan Xaşuqci cinayətini törədə bilməzdi”.

Bunu İran prezidenti Həsən Ruhani səudiyyəli jurnalist Camal Xaşuqcinin İstanbuldakı Baş konsulluqda öldürülməsinə münasibət bildirərkən deyib. O, iddia edib ki, bu işdə ABŞ-ın əli var: “ABŞ-ın dəstəyi olmasaydı, Səudiyyə Xaşuqcini öldürə bilməzdi”.

Xatırladaq ki, Camal Xaşuqci Ər-Riyadın siyasətinə qarşı tənqidi münasibəti ilə tanınırdı. 2017-ci ildə vətənini tərk edərək ABŞ-a köçən jurnalist “The Washington Post” qəzetində Səudiyyə Ərəbistandakı vəziyyətə dair analitik yazılarla çıxış edirdi.

C.Xaşuqci oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna getmiş və həmin vaxtdan itkin düşmüşdü. Bundan 18 gün sonra, oktyabrın 20-də Səudiyyə Ərəbistanının Baş Prokurorluğu konsulluqda yaranan mübahisənin jurnalistin ölümünə səbəb olduğunu bildirmişdi.

Ər-Riyadın açıqlaması bir çox dövlətlərin liderlərini qane etməyib və artıq Səudiyyə Ərəbistanına sanksiyalar tətbiq olunması barədə çağırışlar səslənməkdədir. Onu da qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanında cinayət işi ilə bağlı 18 nəfər saxlanılıb. Təhqiqat davam edir.