XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

24 Oktyabr 2018 - 23:08

XİN-dən Paşinyanın bəyanatına etiraz:"Bu, gərginliyin yaranmasına xidmət edir"

“Ermənistan baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın təkrarən səsləndirdiyi “Qarabağ rəhbərliyi münaqişənin həlli prosesinə qatılmayınca, biz problemin həllindən uzağıq” açıqlaması münaqişənin mövcud format əsasında danışıqlar yolu ilə həllinə xələl gətirir, status-kvonun möhkəmlənməsinə və gərginliyin yaranmasına xidmət edir. Seçkiqabağı dövrdə Ermənistan rəhbərliyinin səsləndirdiyi belə əsassız bəyanatlar daha çox daxili auditoriyaya hesablanıb”.

Strateq.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı son bəyanatına dair suala cavabında deyib.

“Ermənistan rəhbərliyi ölkəsinin gələcək inkişafını düşünərək münaqişənin tezliklə həlli istiqamətində real addımlar atmalı, beynəlxalq öhdəliklərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl edərək Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalıdır.

Ermənistanın baş naziri vəzifələrini icra edən Paşinyan öz xalqını sülh prosesi yolunda yanıldaraq aldatmamalıdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə bəyan etdiyi kimi, hazırkı status-kvo vəziyyəti dayanıqlı deyil və qəbuledilməzdir”.