Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov hazırda heç bir işlə məşğul deyil.
Bu barədə Modern.az-a açıqlama verən keçmiş kənd təsərrüfatı naziri deyib ki, yaxın müddət üçün hər hansı planı yoxdur.
Sabiq nazir universitetdə dərs deməsilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Mən heç yerdə dərs demirəm, Səlim Müslümov deyir”.
H.Əsədov hazırkı həyatında hər şeyin qaydasında olduğunu və daha geniş danışmaq, başqa suallara cavab vermək istəmədiyini vurğulayıb.
Qeyd edək ki, Heydər Əsədov 2018-ci il aprelində kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.