XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 14:21

Moskva Ankara ilə bağlı məsələ qaldırır– BMT Təhlükəsizlik Şurası bu gün toplanır

BMT TŞ

Rusiya BMT Təhlükəsizlik Şurasının bu gün keçiriləcək iclasında Ankara ilə bağlı məsələ qaldıracaq.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Suriyadakı kürd döyüşçülərə qarşı başlatdığı hərbi əməliyyatlar Rusiyanın ciddi narazılığına səbəb olub.

BMT-dəki mənbə ria.ru-ya bildirib ki, Şuranın gündəliyindəki əsas məsələ Suriyadakı vəziyyət olacaq. 

Fevralın 15-də Rusiya Xarici İşlər Nazirliyi Türkiyənin Suriyaya qarşı hücumundan ciddi şəkildə narahat olduğunu bəyan edib.

Rusiya XİN Türkiyənin Suriyanın sərhəd bölgələrini atəşə tutmasını açıq şəkildə terrorçuluğa dəstək və BMT Təhlükəsizlik Şurası qətnaməsinin pozulması kimi qiymətləndirib. Nazirlik onu da bildirib ki, Ankara muzdlular və İŞİD yaraqlılarının Suriyadan çıxmasına kömək edir.

Bir gün əvvəl də ABŞ Ankaranı  Hələb yaxınlığında kürd və suriyalı silahlıların mövqelərinə zərbələr endirməyə son qoymağa, diqqəti İŞİD-ə qarşı mübarizəyə yönəltməyə çağırmışdı.

Türkiyənin baş naziri Əhməd Davudoğlu isə hesab edir ki,  Türkiyənin artilleriya zərbələri olmasaydı, kürd döyüşçüləri Azez və Təl-Rifaat şəhərlərini ələ keçirmişdi. Nazir bildirib ki, Türkiyə Suriyanın Azez şəhərinin kürd döyüşçüləri tərəfindən işğal edilməsinə imkan verməyəcək.