XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

25 Oktyabr 2018 - 17:04

Gürcüstanın “Xaç atası” seçkidən danışdı:"O, ilk turda qalib gələcək"

 “Salome Zurabişvili böyük ehtimalla prezident seçkilərinin ilk turunda qalib gəlmək üçün tələb olunan səsləri toplayacaq”.

Bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hətta ən bədbin proqnozlara əsasən S.Zurabişvili seçkilərin ikinci turunda da mütləq qalib gələcək: “Əgər ikinci tur olsa, lakin onun olma ehtimalı azdır, bu gün iki partiyanı təmsil edən Vahid Milli Hərəkat Partiyasının iki nümayəndəsinin eyni şansı olacaq. Hesab edirəm ki, Vaşadze və Bakradze arasında bir faizlik fərq var. Bir faiz böyük rol oynamır”.

B.İvanişvili hakim partiyanın tərəfdarlarını maksimal səfərbərlik nümayiş etdirməyə çağırıb: “Salome Zurabişvili Gürcü Arzusu Partiyasının üzvü deyil. Gəlin birləşək, seçkiləri tez başa vuraq və maksimal olaraq tez ölkə quruculuğuna başlayaq”.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Gürcü Arzusu Partiyası prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvilini dəstəkləyir. Onun əsas rəqibləri “Güc birlikdədir” müxalif siyasi birliyinin namizədi, keçmiş hakim Vahid Milli Hərəkat partiyasının üzvü Qriqol Vaşadze və Avropalı Gürcüstan partiyasının namizədi David Bakradze hesab olunur/Report.