XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

25 Oktyabr 2018 - 23:31

İqtisadçıdan neftlə bağlı proqnoz:"Qiymətlər enəcək, birjalar “neft şoku”nun təkrarlanmasına həvəsli deyil"

“Proqnozlaşdırıldığı kimi, neftin dünya bazar qiymətində azalma müşahidə edilir. Son 2 gündə “qara qızıl” 5 faizdən çox dəyər itirib”.

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov sosial şəbəkədəki səhifəsində yazıb.

İqtisadçının sözlərinə görə, neftin ucuzlaşmasının əsas səbəbi yüksək qiymətlər fonunda qlobal iqtisadi böhran riski olsa da, Səudiyyə Ərəbistanının enerji nazirinin son açıqlaması və sözügedən ölkə ətraflndakı gərginlik də  qiymətlərin yüksəlməyəcəyinə zəmin yaradıb:

“Buna paralel olaraq Amerika Neft İnstitutu Birləşmiş Ştatların hasilatı artırması barədə açıqlama yaydı. Digər tərəfdən, BP rəhbəri də neftin 1 barelinin məqbul qiymətini 60-65 dollar intervalında görür. Üstəlik, dünya neft bazarı da İrana tətbiq edilən yeni sanksiyaların psixoloji və iqtisadi təsirlərinə artıq adaptasiya olunub”.

Ekspert deyib ki, neftin qiyməti yenidən 60 dollaradək azalarsa, bu, heç də təəccüb yaratmamalıdır:

“Nəinki istehlakçılar, hətta istehsalçılar da “bahalı neft dövrü”nün başlanmasında maraqlı görünmür. Birjalar “neft şoku”nun təkrarlanmasına həvəsli deyil. Bu isə o deməkdir, neft bumu dövrü bütün anlamlarda geridə qaldı”.