İstanbulda Baş Konsulluqda qətlə yetirilən jurnalist Camal Xaşuqcinin böyük oğlu Saleh Xaşuqci Səudiyyə Ərəbistanını tərk edib.
Bu barədə “Röyter” məlumat yayıb.
İkili vətəndaşlığa sahib (Səudiyyyə-ABŞ) oğul Xaşuqcinin hansı ölkəyə getməsi ilə bağlı məlumat verilməyib.
Xatırladaq ki, bir neçə gün əvvəl kral və vəliəhd Səudiyyənin İstanbul konsulluğunda öldürülən Camal Xaşuqcinin ailə üzvlərini qəbul etmişdi/Axar.az.