XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

26 Oktyabr 2018 - 12:47

İranlı jurnalist:"Səudiyyə Ərəbistanı təmsilçiləri məni təhdid edir"

Tanınmış iranlı analitik Əli Əlizadə Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi TV şəbəkəsinin təhdidi ilə üzləşdiyini bəyan edib. 

Strateq.az xəbər verir ki, Əlizadə bununla bağlı öz “Tvitter” hesabı və “You Tube” vasitəsilə Amerika və böyük britaniyalı jurnalist həmkarlarına müraciət edib.

“Iran İnternational TV”-nin vəkilləri məni təhdid edirlər. Video-müraciətlə amerikalı və britaniyalı jurnalistlərin mənə, Səudiyyə Ərəbistanının təhdid etdiyi bütün şəxslərə dəstək verməyə və həmrəylik göstərməyə çağırıram”.

“Iran İnternational TV” fars dilində yayım aparan peyk şəbəkəsidir, mərkəzi ofisi Londonda yerləşən TV İran dövləti əleyhinə təbliğat aparır və Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilir.