XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 14:53

Baş nazir üçün iclasa qandal gətirildi –Ukraynada gərginlik

yatsenyuk-arseni

 

Xəbər verdiyimiz kimi, bu gün Ukrayna Baş naziri Arseni Yatsenyuk Ali Radada Kabinetin fəaliyyəti barədə hesabatla çıxış edəcək. Bundan sonra deputatlar hökumətin işinin qənaətbəxş olub-olmaması barədə qiymətləndirmə aparmalı olacaqlar. Hətta hökumətin istefaya göndəriləcəyi də istisna edilmir.

Aznews.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Ukrayna “Müxalifət blokunun” deputatı Vadim Rabinoviç Ali Radanın iclasına Arseni Yatsenyuk üçün qandalla gəlib. 

“Mən özümlə Yatsenyuk üçün lazımi olan atributu (qandal) götürmüşəm. Mən hesab edirəm ki, bu, hökumətin qiymətləndirilməsidir. Bu, mənim qiymətləndirməmdir. İnanın ki, bu qiymətləndirməyə milyonlarla ukraynalı qatılır”, – deyə Rabinoviç bildirib. 

Deputat qandalı Ukrayna Baş nazirinə onun hökuməti barədə hesabatından dərhal sonra taxmaq lazım olduğunu dilə gətirib: 

“Məsələ bu hökuməti istefaya göndərməkdə deyil. İstefaya göndərəcəyik, o isə (Yatsenyuku nəzərdə tutur – red.) oğurladıqları ilə birgə qaçacaq. Zalda Yatsenyuka bunu taxmalıyıq – bu, düzgün addım və düzgün qiymətləndirmə olacaq”.