XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

26 Oktyabr 2018 - 17:56

İsrailin baş naziri ərəb ölkəsinə səfər edib –Tarixdə bir ilk

Bu gün İsrail baş naziri Benyaminn Netanyahu Omana rəsmi səfər edib.

Strateq.az “Jerusalem Post”-a istinadən xəbər verir ki, İsraillə diplomatik əlaqələri olmayan Omana səfər tarixi hadisə kimi səciyyələndirilib.

Baş nazir bu ölkəyə Sultan Qabus Bin Səid əl-Səidin rəsmi dəvəti ilə gəlib.

Hər iki lider Yaxın Şərq sülh prosesini, habelə regionda sabitlik yaradacaq,  qarşılıqlı maraq doğuran bir sıra digər məsələni müzakirə edib.

Netanyahunun səfərindən əvvəl, 1990-cı illərin Osla razılaşmasından sonra İsrail və Oman arasında iqtisadi münasibətlər mövcud olub. Baş nazirin dəftərxanasından verilən açıqlamada səfərin “əhəmiyyətli addım” olduğu bildirilib.