XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

27 Oktyabr 2018 - 11:27

Salyanda körpü təmiri zamanı FACİƏ- "Azərkörpü"nün əməkdaşı yıxılıb öldü

Salyan rayonunda körpü təmiri zamanı faciə baş verib.

Trend-in məlumatına görə, “Azərkörpü” MMC-nin quraşdırıcı-ustası Şirvan şəhər sakini, 1959-cu il təvəllüdlü Əzizov Sübhan Carı oğlu Salyan rayonunun Çuxanlı kəndi ərazisindəki qəzalı vəziyyətdə olan körpünün təmiri zamanı nərdivandan yıxılıb.

S.Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.