XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 February 2016 - 15:21

Səlim Müslümovdan əmr:Yeni qurum yarandı, rəhbərlik təyin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Apelyasiya Şurası yaradılıb.

Strateq.az nazirliyə istinadən xəbər verir ki, əmrə əsasən, Apelyasiya Şurasının əsasnaməsi təsdiq edilib və nazir müavini İdris İsayev Apelyasiya Şurasının sədri, nazirliyin struktur bölmələrinin məsul vəzifəli şəxslərindən ibarət 6 nəfər isə Şuranın üzvləri təyin ediliblər. Apelyasiya Şurasının katibliyinin rəhbəri və tərkibi də təsdiq edilib.

İctimai əsaslarla fəaliyyət göstərəcək Apelyasiya Şurasının yaradılması sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiə olunması məqsədinə xidmət edir.