XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

27 Oktyabr 2018 - 14:47

İstanbulda Suriya üzrə sammit başladı –Dörd ölkə lideri münaqişənin cözüm yollarını arayacaq

Türkiyə, Rusiya,Fransa və Almaniya liderləri oktyabrın 27-də İstanbulda Suriya münaqişəsini müzakirə edirlər. Tərəflər Suriya müharibəsinin davamlı həlli yolunu tapmağa çalışırlar.

Sammitdə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdogan, Rusiya prezidenti Vladimir Putin,Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel iştirak edirlər.

Liderlər in Suriyanın şimal-qərbindəki İdlib əyalətində atəşkəs rejiminin qorunub saxlanmasını müzakirə edəcəkləri gözlənir. Ötən ay əldə edilən bu razılaşma Suriya hökumət qoşunlarının bu əyalətə hücumunun qarşısını aldı.

Suriya ordusunun bu bölgəyə hücumu yeni qaçqın axınına səbəb ola bilərdi.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalin oktyabrın 26-da bildirimişdi ki, əsas məqsəd siyasi həll yönündə atılacaq addımları və yol xəritəsi müəyyən etmək olacaq.

CNN Türk-ün məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu 4 tərəfli sammitdən əvvəl rusiyalı həmkarı Sergey Lavrovla görüşüb, amma mətbuata hər-hansı açıqlama verməyiblər.

6 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 400 mindən çox adam ölüb,milyonlarla insan qaçqın düşüb. Rusiya bu münaqişədə Suriya rejiminin, ABŞ və onun qərb müttəfiqləri isə üsyançıların tərəfini saxlayırlar.

(Azadlıq radiosu)