XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 October 2018 - 19:54

ABŞ-ın müdafiə naziri Səudiyyə hakimiyyətindən tələb etdi:"Xaşuqcinin qətli ilə bağlı hərtərəfli istintaq aparılmalıdır"

ABŞ müdafiə naziri Ceyms Mattis Səudiyyə hakimiyyətini, jurnalist Camal Xaşuqcinin qətli ilə bağlı hərtərəfli istintaq aparmağa çağırıb.

“Reuters”-in verdiyi məlumata görə, o, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Zübeyirlə görüşdə deyib.

Görüş Bəhreyndə keçirilən illik regional təhlükəsizlik konfransı çərçivəsində baş tutub.

Mattisin sözlərinə görə, al Zübeyir ona bildirib ki, Səudiyyə hakimiyyəti jurnalistin başına gələnləri tam açmaq fikrindədir.

Avropa Birliyi oktyabrın 26-da dünya ölkələrini Səudiyyə Ərəbistanına silah verməkdən imtina etməyə çağırıb. Amma İspaniya da daxil olmaqla bəzi ölkələr bundan imtina edib. ABŞ da hələlik Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı dayandırmaq fikrində deyil. ABŞ bu insidentdən əvvəl Ər Ryadla 115 milyard dollarlıq hərbi müqavilə imzalayıb. Amma Almaniya hələ bir həftədən də əvvəl Səudiyyə Ərəbistanına silah satışını dayandırdığını bəyan edib.

Jurnalist Camal Xaşuqci Səudiyyə hökumətinin əsas tənqidçilərindən biri kimi tanınırdı.