XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

28 Oktyabr 2018 - 20:43

Gürcüstanda “exit-pollar”ın nəticələri açıqlandı –Müxalifət və iqtidarın rəqəmləri kəskin fərqlənir

Gürcüstanda prezident seçkiləri ilə bağlı keçirilmiş “exit-pollar”ın nəticələri açıqlanıb.

“Rustavi2” televiziya kanalının sifarişi əsasında keçirilmiş “exit-poll”un nəticəsinə əsasən, prezident seçkilərinin ikinci turu gözlənilir.

“Exit-poll”a əsasən, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze və müstəqil namizəd Salome Zurabişvilinin hər biri 40% səs toplayıb. Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradzenin topladığı səs isə 10% təşkil edib.

“Exit-poll”u “Edison Research” təşkilatı keçirib və nəticələr saat 16:00-a aiddir.

Hakim Gürcü Arzusu Partiyasının keçirdiyi “exit-poll”un nəticələrinə görə isə S.Zurabişvili 52,3%, Q.Vaşadze 28,1%, D.Bakradze isə 9,2% səs toplayıb. Partiyanın sifariş etdiyi “exit-poll”u “Psycho-Project” təşkilatı həyata keçirib.

Bir az əvvəl Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb/Report.