XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 February 2016 - 15:57

Nazir Ramil Usubov əmr verdi:DİN-də kadr dəyişiklikləri oldu

 

Daxili işlər orqanlarında yeni təyinat olub. 

Strateq.az apa.az-a istinadən məlumat verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi Etibar Balakişiyev tutduğu vəzifədən azad edilərək, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Natiq Qasımov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək, Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi təyin edilib.