XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

29 Oktyabr 2018 - 10:41

Gələn il vergilər artırılacaq –Ekspert Rövşən Ağayev büdcə layihəsini təhlil edərək bu qənaətə gəlib

“Son günlər vergi sistemində gözlənilən dəyişikliklərlə bağlı ictimai müzakirlər əsasən gəlir vergisi ətrafında oldu. Amma büdcə mədaxili ilə bağlı proqnozlara baxanda sıranın xeyli geniş olduğu diqqətdən qaçmır”.

Strateq.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib. O, gələn ilin büdcə proqnozlarını təhlil edərək belə qənaətə gəlib kidaha bir dəyişiklik kimi ticarət fəaliyyəti ilə məşğul olan həm hüquqi, həm də fiziki şəxslərin 6%-lə sadələşdirilmiş vergisiyə cəlb olunması ləğvi ola bilər: “Belə ki, büdcə sənədində hər 2 subyekt üzrə 6%-lik sadələşdirmiş vergidən daxilolma üzrə proqnoz nəzərdə tutulmayıb. İctimai iaşədə 8%-lə çalışanlar üçün isə proqnoz saxlanılıb.


Məlumat üçün deyim ki, Vergi Məcəlləsinin 218.1 və 220.1-1-ci maddələrinə görə, illik dövriyyəsi 200 000 manatdan yüksək olan həm ticarət, həm ictimai iaəşə sektoru üzrə sahibkarlar da sadələşdirilmiş vergi ödəyici ola bilərdilər. Həmin normalara görə, bu halda dövriyyədən ticarətçilər 6%, iaşə sahəsində çalışanlar 8% vergi ödəməli idilər. Eyni zamanda yerdə qalan sahələr üzrə differensiallaşdırılmış vergi dərəcəsinin ləğvi və 2% bazasənda vahid dərcəcənin tətbiqi gözlənilir. Hazırda isə Bakı şəhəri üzrə 4%, yerdə qalan regionlar üzrə 2% dərəcə qüvvədədir”.
Ekspert qeyd edib ki, sadələşdirilmiş verginin tətbiq dairəsinin daraldılması ilə bağlı gözlənilən dəyişikliklərlə bağlı 2019-cu ildə bu vergi növü üzrə büdcəyə daxiolma proqnozu 58 mln. manat (15.3%) azaldılıb: “Əvəzində rezident hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolama proqnozu 136.9 mln. manat (22.4%) artırılıb.
Daha bir dəyişiklik hüquqi şəxslərin mülkiyyətində olan avtomobil vasitələrinin əmlak vergisinə cəlb edilməsidir. Bu mənbədən 11.7 mln. manat daxilolma proqnozlaşdırılıb.  Hər halda görünən odur ki, 2019-cu il hüquqi şəxs kimi fəaliyyət göstərən biznes üçün vergi yükünün artımı baş verəcək”.